2012-ci ildə “Həmkarlar ittifaqları haqqında” Qanununun 20-ci maddəsinə edilmiş əlavəyə görə, “Mülkiyyət formasından asılı olmayaraq işəgötürən işçilərin əmək haqlarından həmkarlar ittifaqına üzvlük haqlarının mühasibatlıq vasitəsilə tutulmasını təmin edir və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüusi hesabına köçürür”. Bəs bu gün həmkarlar təşkilatına ödənşin səviyyəsi hansı vəziyyətdədir?
Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqından Belediyye.infoya daxil olan məlumata görə, bu istiqamətdə ittifaq ciddi addımlar atır. Belə ki, maliyyə vəsaitlərinin vaxtında daxil olması üçün rayon komitələri yerlərdə görüşlər keçirir və izahat işlərini davam etdirirlər.
Hazırda Nərimanov, Binəqədi, Yasamal, Səbail, Sabunçu, Suraxanı, Nizami, Xəzər, Abşeron, Gəncə, Siyəzən, şəki, Xaçmaz, Zakatala bələdiyyələri üzvlük haqqlarını vaxtında həmkarlar təşkilatının bank hesabına köçürürlər. Hətta elə bələdiyyələr var ki, hər ayın beşində vəsaiti körüməklə həmkarlara heç bir borc saxlamırlar.
Respublika Komitəsinin əməkdaşları səlahiyyətləri daxilində qanunvericilikdə nəzərdə tutulan qaydada üzvlərinin əmək, sosial iqtisadı hüquqlarının və qanuni mənafelərinin təmin edilməsində ictimai nəzarəti həyata keçirməklə, bələdiyyələr arasında maarifləndirmə işlərini bundan sonra daha fəal şəkikildə davam etdirməyi nəzərdə tutub.
Belediyye.info