"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Kiyevdə təşkil edilən beynəlxalq seminar başa çatıb

--2016-06-27 / 00:05

Avropa şurasının və Avropa Birliyinin təşkilatçılığı ilə Kiyev şəhərində baş tutan "Yerli özünüidarəetmə səviyyəsində etika və şəffaflıq: görüntüdən fəaliyyətə"mövzusunda beynəlxalq seminar başa çatıb.

Beynəlxalq seminarda şərq Tərəfdaşlığına daxil olan ölkələr-Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Ermənistan  nümayəndə heyətləri iştirak edib.

Məqsəd həmin ölkələrdə yerli özünüidarəetmə sahəsində şəffaflıq və hesabatlılığın təmin edilməsi üçün görülən və qarşıya çıxan problemlərini üzə çıxarmaq olub.

Bununla yanaşı onların həlli yolları çərçivəsində adları çəkilən  ölkələrin təmsil edən  qrupların iştirakıyla daxili müzakirələrdə aparılıb.

Tədbirdə Azərbaycan nümayəndə heyətinin təqdimatı keçirilib, təqdimat iştirakçılar tərəfindən diqqətlə öyrənilib.  

Qeyd edək ki,  Azərbaycan nümayəndə heyətinin tərkibinə  Aytac əliyeva, Lyudmila Xəlilova, Aygül Məmmədova, Sevil Mənsurova və əli əkbərli daxil idi.

Belediyye.info

əlavə məlumat:

http://belediyye.info/new/details/kiyevde-etik-davranis-ve-seffafliq-movzusunda-beynelxalq-seminar-kecirilir--1357.htm

ŞƏRHLƏR