Zakatala rayon Muxax bələdiyyəsi kəndə işməli suyun verilməsiylə bağlı yaranan vəziyyətlə bağlı sakinlərə müraciət ünvanlayıb. Belediyye.infoya daxil olan məlumatda deyilir ki, son günlərdə Muxax kəndində icməli suyun verilməsində yer alan problemlər və kənddə yayılan əsassız şaiyələrə son qoymaq məqəsdiylə Zakatala RiH Başçısının Muxax kəndi üzrə ərazi nümayəndəliyi və Muxax bələdiyyəsinin birgə sərəncamı ilə komissiya yaradılıb. Komissiya Muxax kəndində icməli su mənbəyində Sabuncu kəndində olub. Araşdırma zamanı məlum olub ki, icməli su ilə əlaqədar kənddə yayılan şaiyələrin heç bir əsası yoxdur. Yəni Muxax kəndinə verilən işçəli suyun bulanıq olmasında qonşu kəndin sakinlərinin hər hansı günahı yoxdur. Belə ki, elə mənbədən su bulanıq gəlir:
”Bir də onu nəzərinizə catdırırıq ki, biz heç bir zaman indiyə qədər Sabuncu suyunun bulanıq halda olmasının şahidi olmamışdıq. Ancaq hazırda həmin su bulanıq vəziyyətdədir. Bu da Allahdan olan təbiət hadisəsidir. icməli sudan istifadə edərkən narahat olmağa heç bir əsas yoxdur.”
Belediyye.info
|
|
|
|
|
|
|
|