Moldova Respublikası Qaqauz Muxtar Vilayətinin Paytaxtı Komrat şəhərinin meri Sergey Anastasov, Türk Dünyası Bələdiyyələr Birliyini (TDBB) ziyarət edib.
Səfərdə TDBB ilə Qaqauz bələdiyyələri arasında əməkdaşlıq imkanları və birgə layihələr qiymətləndirilib. TDBB Baş katibi Fəxri Solak bir araya gələn Komrat şəhərinin meri Sergey Anastasov Türkiyədə olmaqdan və onlara göstərilən qonaqpərvərlikdən məmnun olduğunu bildirərək, "Biz TDBB ilə əməkdaşlığa əhəmiyyət verir və birgə layihələrlə əlaqələrimizin inkişaf etdirilməsindən məmnunluq” olduğunu bildirib. Bu barədə məlumatı TDBB yayıb.
Fəxri Solak Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) nin 18 üzv bələdiyyəsi olan Qaqauz Muxtar Vilayətiylə yaxın əməkdaşlıq etmək və birgə layihələr icra etməkdən duyulan məmnuniyyəti ifadə edib.
Bu çərçivədə, dekabr ayında Moldova Respublikasının Qaqauz Vilayət bələdiyyə sədrlərindən yaradılacaq bir nümayəndə heyəti Türkiyədə təcrübə mübadiləsi proqramı və Qardaş şəhərlər proqramının keçirilməsi, oktyabr ayında Dənizli və Kocaelidə keçiriləcək olan “Mütəxəssis Təhsili” proqramına Qaqauzdan oaln mütəxəssisin iştirakınin təmin olunması kimi məsələlər müzakirə olunub.
Qaqauz Muxtar Bölgəsi, Moldova Respublikasına bağlı bir muxtar rəhbərlikdir. Ölkəyə adını verən və Anadolu Türkcəsinə çox yaxın bir Türkcə danışan Gagauzlar, Oğuz Türk mənşəlidir və Qaqauz sözünün Gök-oğuzdan törədiyi güman edilir. Hazırda təxminən 250 min qaqauz türkü, keçmiş SSRi ərazisində yerləşmiş vəziyyətdədir.
Belediyye.info