"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Konstitusiya islahatları milli maraqlara, insan hüquqların və dövlət idarəetmənin inkişafına xidmət edir

--2016-09-23 / 12:49

Xatırlatmaq istərdim ki, müstəqil Azərbaycanın Konstitusiyası ümummilli liderimiz H. əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuşdur.

Bildiyiniz kimi, hər bir demokratik dövlətin davamlı inkişafını şərtləndirən başlıca amillərdən biri ardıcıl islahatların həyata keçirilməsidir. Heç şübhəsiz, fundamental yanaşmada  ölkənin Ali  Qanunvericilik aktı olan Konstitusiya islahatları xüsusi yer tutur. Məlumdur ki, Konstitusiyamıza ötən müddət ərzində müəyyən dəyişikliklər və əlavələr edilmişdir. Xatırlayırsınız,  24 avqust 2002-ci ildə və 18 mart 2009-cu ildə edilən əlavə və dəyişikliklər qanunvericilik bazasının zənginləşməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsinin genişlənməsinə, sosial-siyasi təsisatların inkişafına əvəzsiz töhfələr bəxş edib. Misal üçün deyə bilərik; seçki sisteminin təkmilləşdirilməsini, vətəndaşlar üçün Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanların yaradılması, uşaq hüquqların müdafiəsi və bununla bağlı dövlət nəzarətinin gücləndirilməsi və eyni zamanda bələdiyyələrin institusional inkişafı ilə yanaşı, bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsi və əlavə səlahiyyətlərin verilməsi öz əksini tapmışdır və hətda insan hüquqları üzrə müvəkkilinin insan hüquq və azadlıqlarını pozan bələdiyyə aktlarından Konstitusiya Məhkəməsinə sorğu vermək səlahiyyətləri genişlənmişdir. Beləliklə Konstitusiyaya edilən əlavə və dəyişiklərin mühüm bir qismi dövlətimizin şəxsiyyət amiliniyüksək tutaraq sosial rifah strateqiyasını daha dolğun ifadəsinə və burada dövlətin sosial məsuliyyətinin artırılmasına xidmət etmişdir. Bunu da qeyd etmək istərdim ki, Konstitusiyada dəyişiklərin edilməsi əksər demokratık ölkələrdə tədbiq edilən mütərəqqi bir təcrübədir və bunu ictimai münasibətlərin inkişaf səviyyəsi və dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi zərurəti tələb edir.                                                                                                 

Bu məqsədlə, Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyev ölkə Konstitusiyasının 152-ci və 153-cü maddələrini rəhbər tutaraq imzaladığı 18 iyul 2016-cı il tarixli sərəncamı  “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsində təklif olunan dəyişiklər Konstitusiyamızın 155-ci maddəsinin tələblərinə tam uyğundur. Beləliklə, cənab Prezidentin 2016-cı il 26 iyul tarixli sərəncamı  ilə bu ilin sentyabrın 26-na təyin edilmiş Referenduma çıxarılan dəyişiklər mahiyyətcə Konstitusiyanın daha da təkmilləşdirilməsinə, insan və vətandaş hüquq və azadlıqları ilə bağlı prinsipial əhəmiyyətli məsələlərin əks olunması ilə yanaşı, onun müddəalarının demokratik dəyərlərə kökləməsi diqqəti cəlb edir.

Burada Konstitusiyanın cəmi 23 maddəsinə (Azərbaycan dövlətinin rəmzləri) əlavə və düzəlişlərin edilməsi, habelə yeni 6 maddənin əlavə edilməsi nəzərdə tutulur. Nəzərdə tutulan dəyişiklər sırasında təhlükəsizlik və müdafiə məsələlərinin təsbit olunduğu 9-cu maddəsinin I hissəsinin aşağıdaki redaksiyada verilməsi mühüm əhəmiyyət kəsb edir: “Azərbaycan Respublikası öz təhlükəsizliyi və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.” Bu məzmunda dəyişiklik gələcəkdə hər hansı bir qeyri-qanuni hərbi birləşmələrin yaradılmasının qarşısını almaq üçün hüquqi əsası olacaq.

24-cü maddəsinə “ insan ləyaqəti qorunur və ona hörmət edilir” məzmunlu I hissənin və III hissəyə “ Hüquqlardan sui-istifadəyə yol verilmir” məzmunlu cümlənin əlavə edilməsi təklif edilir.

25-ci maddəsinə “Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyıllar” məzmununda VI hissə əlavə edilməsi nəzərdə tutulur.

         Eyni zamanda, layihədə Konstitusiyanın 29-cu maddəsində V hissəyə “Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur” məzmunlu cümlənin əlavə edilməsi qeyd edilib.

 Konstitusiyanın 32-ci maddəsinə təklif olunan VI, VII, VIII hissələr mahiyyət eytibarı ilə müasir dövrün realıqlarından irəli gəlir, bu sahədə mövcud hüquqi boşluğun aradan qaldırılması baxımından əhəmiyyətlidir, fərdi məlumatların dairəsi, onların əmalı, toplanması, ötrülməsi, istifadəsi və mühafizəsi şərtlərini müəyyən edir, insanların informasiya təhlükəsizliyi ilə bağlı hüquqlarını pozan və ya mənafelərinə hələl gətirən neqativ halların aradan qaldırılmasına və hər kəsin şəxsi toxunulmazlıq hüququn daha səmərəli təmin edilməsinə xidmət edir.

36-cı maddəyə edilən dəyişikliklər lokaut anlayışı əlavə edilmişdir ki, əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ yalnız qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.

58-ci maddənin IV hissəsinin birinci cümləsinin aşağıdakı “Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır” redaksiyada verilməsi qeyd edilib.

Sahibkarların hüquqlarının müdafiəsi və onların fəaliyyətinin genişləndirilməsi dövlətimizin diqqət mərkəzində olan məsələdir. 59-cu maddəsinə “Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyat və sağlamlığının müdafiəsi ilə bağlı tənzimlənməni həyata keçirir” məzmununda II hissəni əlavə edilməsinin təklif olunması bu baxımından mühüm əhəmiyyət kəsb edir.

60 maddəsinin yeni redaksiyada I-ci hissəsində “Hər kəzin hüquq və azadlıqlarının inzibati qaydada və Məhkəmədə müdafiəsinə təminat verilir”, II-ci hissəsində “Hər kəsin onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icaat və Məhkəmə prosesində ağılabatan müddətdə baxılsın”, III-cü hissəsində “Hər kəsin inzibati icaat və Məhkəmə prosesində dinlənilmək hüququ vardır”, IV-cü hissəsində isə “Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və ya hərəkətsizliyindən inzibati qaydada və Məhkəməyə şikayət edə bilər” müddəaları təsbit olunmuşdur.

Konstitusiyamızın mövcud tələbinə görə, azərbaycan vətəndaşı 35 yaşına qədər Prezident, 30 yaçına qədər Baş Nazir yaxud Hakim, 25 yaşına qədər Milli Məclisin deputatı, hökumət üzvü ola bilməz. Hazırki Referendum Aktı layihəsində isə 85, 100, 121, 126-cı maddələrə müvafiq dəyişikliklər edilməklə azərbaycan vətəndaşlarının seçkilərdə iştirak etmək və təyin olunmaq hüququ ilə bağlı yaş məhdudiyyətinin tamami ilə aradan qaldırılmasınəzərdə tutulur ki, buda bərəbərlik hüququnun təmini baxımından çox əhəmiyyətlidir.

101-ci maddəsinin I hissəsində edilən dəyişiklik azərbaycanda prezidentlik müddətinin 5 ildən 7 ilə yüksəldilməsini ehtiva edir. Qeyd edim ki, bir çox ölkələrdə italiya, israil, islandiya, Avstriya, Qazaxıstan kimi ölkələrdə də prezidentlik müddəti 7 il olaraq təsbit olunub və  hal -hazırda dünyanın 30–a yaxın ölkədə bu müddət müəyyən edilib. Bu isə ictimai-siyasi sabitliyin, təhlükəsizliyinin və davamlı inkişafın qorunub saxlanmasına xidmət edən bir faktordur.

Referendum Aktın layihəsinə əlavə edilmiş yeni maddələrdən dördü (1031,1061, 1081,1101 –ci maddələr) dövlət idarəetmə strukturlarının optimal təkmilləşdirilməsi, onların səlahiyyətlərinin dəqiqləşdirilməsi və son nəticədə daha səmərəli idarəetmə mexanizmlərinin tələblərinə cavab verməsinə yönəlmişdir. Həmin dəyişikliklərə əsasən, ölkəmizin siyası idarəçilik sistemində ilk dəfə olaraq Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin təsis edilməsi nəzərdə tutulmuşdu.

 Bununla yanaşı, bələdiyyələrin məsuluyyəti adlanan yeni 1461-ti maddədə, Referendum Aktının layihəsində Konstitusiyaya “Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar” məzmunlu cümlənin əlavə edilməsi də qeyd edilib.

Gördüyünüz kimi, Konstitusiyaya ediləcək dəyişikliklərin əsas məqsədi vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini gücləndirmək, həmçinin dövlətin təhlükəsizliyini daha etibarlı şəkildə qorumaqdır. Bundan başqa iqtisadi inkişaf tempinin dinamikliyinin saxlanılması, çevik idarəetmə aparatının yaradılması, struktur islahatlarının sürətləndirilməsi baxımından 26 sentyabrda keçiriləcək Referendum ölkəmiz üçün olduqca vacibdir.

Referendumda Referendumda aktiv iştirakımız dövlətimizin daha da güclü olması üçün olduqça vacibdir  və bizim hər birimizin  üzərinə mühüm məsuliyyət düşür. Vətənimizin sabahına, onun inkişafına töhfə vermək hər birimizin vətəndaşlıq borcudur. Gəlin həmrəy olaq və hamımız Referendumda iştirak etməklə Hə DEYəK!

 

Lyudmila XəLiLOVA

Qaraçuxur Bələdiyyəsinin sədr müavini                                                               Bələdiyyə Təşviqat Qrupunun Vəkil Edilmiş şəxs

 

ŞƏRHLƏR