“Bələdiyyə” referendum üzrə təşviqat qrupu Seçki Qərargahının Gəncə şəhər şöbəsinin Tədbirlər Planına uyğun olaraq, təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən seçicilərlə silsilə görüşlər davam edir. Gəmcə şəhər Nizami bələdiyyəsinin yaydığı məlumata görə, millət vəkilləri, partiya fəallarının, bələdiyyənin səlahiyyətli nümayəndələri, şəhər ictimaiyyətinin, gənclərin iştirak etdiyi bu günkü tədbir 3-cü mikrorayonda 8 saylı binanın qarşısındakı məhəllə klubunda keçirilib.
Görüşə 200 nəfərdən çox seçici gəlib.
“Bələdiyyə” referendum üzrə təşviqat qrupunun Gəncəbasar bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qoşqar Məmmədov giriş sözü ilə çıxış edərək, Azərbaycan Respublikasının Ali Qanununa edilən əlavə və dəyişikliklərin əsas mahiyyəti haqqında məlumat verib. Sonra Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev çıxış edərək bildirib ki, ölkəmizin genişvüsətli inkişaf və tərəqqisini 2016-cı ilin Avropa Gənclər Paytaxtı Gəncənin simasında aydın görmək mümkündür. Doğma şəhərimiz Gəncə həm iqtisadi uğurları, hər sahədə inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi, ümumi görkəminin müasirləşməsi, həm də mədəni səviyyəsinin yüksəlişi ilə qürur doğurur. Dünyaya inteqrasiyasiyası, dost ölkələrlə işgüzar əməkdaşlıq və həmrəylik münasibətləri istiqamətində uğurlu addımlar atır. Bütün nailiyyətlərin əsasında ümummilli lider Heydər əliyevin müdrik kursu, Azərbaycan Respublikası Prezidentinin yorulmaz fəaliyyəti, Gəncəyə xüsusi qayğısı dayanır.
Millət vəkilləri Naqif Həmzəyev, Musa Quliyev və Pərvin Kərimzadə çıxış edərək, bildiriblər ki, Möhtərəm Prezident ilham əliyevin Konstitutusiyada müvafiq dəyişikliklərin edilməsi ilə əlaqədar 26 sentyabrda referendum keçirilməsi təşəbbüsü yüksək hədəflərə yönəlmiş və düşünülmüş müdrik addımdır.
Bələdiyyənin yaydığı məlumatda daha sonra qeyd edilir ki, əsas niyyət milli, dövlət maraqlarının qorunması, reallaşması üçün müasir, iqtisadi və siyasi mexanizmin təmin edilməsidir. Ümumiyyətlə, Konsttitutusiya dəyişiklikləri təklifi siyasi sistemin və idarəetmənin təkmilləşdirilməsi məqsədini daşıyır. əminik ki, referendum günü gəncəlilərin bir daha ölkə başçısı cənab ilham əliyevə inam və rəğbətinin nümayişi olacaq.
Təşviqatçılardan Hüseyn Budaqov, Ceyhun Hüseynov, Hüseyn Məhərrəmov, Zümrüd Qəhrəmanova və başqaları çıxışlarında Konstitusiyanın 23 maddəsinə ediləcək əlavə və dəyişikliklərlə bağlı ətraflı izahatlar aparıblar, eyni zamanda əlavə olunan 6 maddədə insan hüquq və azadlıqlarının qorunmasına xidmət amilinin xüsisi diqqət çəkməsini dövlət siyasətində insan amilinə verilən dəyər kimi səciyyələndiriblər. Vurğulanıb ki, Azərbaycan vətəndaşlarına bütün azadlıqlar verilib. Onların hüquqları dövlət tərəfindən qorunur, yüksək rifah şəraitində yaşamaları üçün zəruri addımlar atılır, sosial müdafiənin prioritetliyi dövlətimizin başçısı ilham əliyevin bütün çıxışlarında öz əksini tapır.
Belediyye.info