"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Könüllülər Xocasən bələdiyyəsinin qonağı olub

--2019-10-28 / 19:08

Könüllülərin Binəqədi rayonu ilə  daha yaxından tanıması və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə “Sən də Könül Ver” layihəsi çərçivəsində Binəqədi Rayon icra Hakimiyyətində təcrübə keçən Könüllülər üçün Binəqədi Tur təşkil edilmişdir.

Təşkil edilmiş tur çərçivəsində könüllü gənclər ilk olaraq “Heydər” məscidini ziyarət etmişdirlər. Qafqazın ən böyük məscid kompleksi haqqında gənclərə geniş məlumat verilmiş və məscid ilə yaxından tanışlıq olunmuşdur.

Ziyarətdən sonra könüllülərə Xocəsən qəsəbəsi Hökməli yolunun üstündə yerləşən Hökməli ovdanı haqqında məlumat verilmiş,daha sonra gənclər Xocəsən bələdiyyəsinin qonağı olmuş və bələdiyyənin fəaliyyəti ilə tanış olmuşdurlar.

Görüş zamanı bələdiyyə sədri Məhərrəm əsgərov gənclərə bələdiyyənin fəaliyyəti, iş mexanizmi haqqında geniş məlumat verdi. Sonra gənclərin bələdiyyə ilə bağlı təəssüratları dinlənilərək sualları cavablandırıldı.

Təqdimatdan sonra gənclərin çay süfrəsi ətrafında səmimi görüşü davam etdi. Sonda gənclər xatirə fotosu çəkdirmişdir.

Xocasən bələdiyyəsi

ŞƏRHLƏR