"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Körgöz bələdiyyəsinin üzvü Türkiyənin Balıkesir ilinin Sındırqı Bələdiyyəsinin sədri ilə görüşüb

--2021-08-06 / 17:13

Körgöz Bələdiyyəsinin üzvü Leyla şah Türkiyənin Balıkesir ilinin Sındırqı Bələdiyyəsinin sədri Ekrem Yavaşla görüşüb.

Qaradağ rayonu Körgöz Bələdiyyəsinin üzvü, gənc jurnalist Leyla şah Türkiyənin Balıkesir ilinin Sındırqı Bələdiyyəsinin sədri Ekrem Yavaşla görüşüb.Görüş zamanı qonaqlara Qaradağ rayonu və Körgöz qəsəbəsinin tarixi ,Qaradağ rayonunun neft ənənələri və Körgöz qəsəbəsinin fəaliyyəti haqqında məlumat verilib. Eyni zamanda Ekrem Yavaş da sədri olduğu Sındırqı Bələdiyyəsi haqqında Leyla şahı məlumatlandırıb. Sındırqı Bələdiyyə sədri Ekrem Yavaş gənc bələdiyyə üzvünə görüş üçün təşəkkürünü bildirərək gələcək fəaliyyətində uğurlar arzu edib.Sonda Leyla şahın müəllifi olduğu “Azərbaycan Xarici Səfirlərin Gözü ilə” kitabı Türkiyədən gəlmiş qonağa hədiyyə olunub.

ŞƏRHLƏR