"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Koronavirus pandemiyasına qarşı yaradılmış rayon qərargahının növbəti iclası keçirilib

--2020-07-11 / 06:17

10 iyul 2020-ci il tarixdə rayon icra Hakimiyyəti başçısının sədrliyi ilə koronavirus (COViD-19) pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı qərargah üzvlərinin növbəti iclası keçirildi.
Rayon icra Hakimiyyətinin başçısı iclasda Azərbaycan Respublikasının Prezident ilham əliyevin 6 iyul 2020-ci ildə Azərbaycan Televiziyasına, ictimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsini vurğulayaraq bildirilmişdir ki, pandemiya dövründə xüsusi qaydalara riayət olunmalıdır, hüquq mühafizə orqanları qaydalara əməl olunmasına ciddi nəzarət edirlər. Vətəndaşlarımız nizam-intizama ciddi riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacağıq.
iclasda Göyçay rayonunda koronavirus pandemiyasına qarşı görülən işlər barədə ətraflı məlumat verərək bildirildi ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi bütün tədbirlərin həyata keçirilməsi ciddi nəzarətə götürülməli, sanitar-dezinfeksiya işlərinin aparılması təmin olunmalı, əhalinin maarifləndirilməsi işləri gücləndirilməli və bu işdə bütün aidiyyəti idarə, müəssisə və təşkilat rəhbləri, həmçinin inzibati ərazi vahidlikləri üzrə icra və yerli özünüidarəetmə orqanları fəal iştirak etməli, rayon ərazisindəki ticarət, ictimai iaşə və digər xidmət sahələrində koronavirus tədbirlərinə əməl edilməsi ilə bağlı yaradılmış mobil qrupların fəaliyəti daha da gücləndirilməlidir/

http://goychay-ih.gov.az/news/632.html

ŞƏRHLƏR