"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Kürdəmir bələdiyyələri ay ərzində 313 manat qazanıb?

--2020-08-20 / 04:18

Kürdəmir rayonunda formalaşan 30 bələdiyyənin 2019-cu ildə illik büdcə gəlirinin həcmi 174.900

manat olub. Bu da 2018-ci illə müqayisədə büdcə gəlirlərində 5.4 faiz artım deməkdir.

əldə edilən vəsaitin 46.000 manatı bələdiyyə torpağınn icarəsindən, 16.100 manatı bələdiyyə əmlakının özəlləşdirilməsindən daxil olub. Bu istiqamətdəki gəlirlərin ümumilikdə büdcə gəlirlərində tutduğu yer 35.5faiz olub. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Kürdəmir rayonunda formalaşan 30 bələdiyyə il ərzində 10.600 manatlıq əmlak vergisi, 39.200 manatlıq torpaq vergisi toplaya bilib. əmlak vergisinin həcmi ötən ilki səviyyə ilə müqayisədə 14 faizədək artıb.

il ərzində yerli büdcəyə 300 manatlıq dayanacaq rüsumu və 600 manatlıq reklam vergisi daxil olub. il ərzində yerli büdcəyə mədən vergisindən, mehmanxana rüsumunduan vəsait daxil olmayıb.

Qeyd edək ki, ötən il Kürdəmir bələdiyyələrinə dövlət tərəfindən 62.200 manat dotasiya ayrılıb. Dotasiyanın yerli büdcədə tutduğu həcmi isə 35.6 faizə bərabər olub.

Beləliklə, 30 bələdiyyə ötən il ay ərzində dotasiyasız 313 manat vəsait əldə edə bilib.

 Belediyye.info

ŞƏRHLƏR