Sabunçu rayonu Kürdəxanı bələdiyyəsindən daxil olan məlumata görə, qəsəbə daxilində 185 saylı marşrut avtobusunun hərəkət sxeminin dəyişdirilməsi sakinlərin haqlı narazılığına səbəb olduğundan bələdiyyə sədri Bakı Nəqliyyat Agentliyinə rəsmi müraciət ünvanlayıb. Rəsmi müraciətədək isə bələdiyyənin inzibati binasında bələdiyyə sədri Heyran Kərimova əhali ilə gorüşüb, onların haqlı narazılıqlarını dinləyib.
Agentliklə əlaqə saxlanılaraq toplanan imzalar və məktublar Bakı Nəqliyyat Agentliyinə ünvanlanıb. Agentliyin nümayəndələri Vüqar Mərdanov və Elvin Həsənov məsələnin yerində araşdımaq məqsədiylə qəsəbə olaraq sakinlərin müraciətinə müsbət cavab veriblər. Artıq 185 saylı marşrut avtobusu Küdəxanı qəsəbəsinin daxilindən hərəkət edir.
Bələdiyyə sədri H.Kərimova sayt vasitəsiylə bu işdə göstərdiyi köməyə görə Bakı Nəqliyyat Agentliyin rəhbəri Vüsal Kərimliyə və nümayəndələri Vüqar Mərdanova və Elvin Həsənova minnətdarlığını bildirir.
Belediyye.info