"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Kürdəxanı bələdiyyəsi növbəti layihəyə yekun vurub

--2023-03-14 / 15:50

“Sabunçu rayonu Kürdəxanı bələdiyyəsi qəsəbənin əliyar əliyev küçəsi ilə Ağabəy Sultanov küçəsinin kəsişməsində abadlıq işləri həyata keçirlib” – bu barədə məlumatı adıçəkilən bələdiyyənin sədri Ağaəli Məsimov bildirib.

Sədrin sözlərinə görə, sakinlərin müraciətini nəzərə alaraq bələdiyyə iclasında qəsəbədaxili yollarda səliqə-səhman və təmizlik işlərinin aparılması qərara alınıb.

Bir neçə gündür bu küçələrdə təmizlik işləri aparılmış və iriqabaritli zibil tullantıları daşınmış, habelə küçələrə çınqıl döşənmişdir.

Qəsəbə bələdiyyəsi hər il məhəlləarası yollarda abadlıq işlərinin aparılmasını diqqətdə saxlayır.

Belediyye.info

ŞƏRHLƏR