"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Kürdəxanı bələdiyyəsi qəsəbədaxili yollarda cari təmir işləri aparır

--2017-04-13 / 14:04

 Sabunçu rayon Kürdəxanı bələdiyyəsinin yaydığı məlumata  görə,  bələdiyyə iclasının qərarına əsasən qəsəbənin məhəllədaxili yollarında cari təmir işləri aparılıb.

Məlumatda qeyd edilir ki,  qəsəbə daxili asfalt yolları yağışların yağması ilə əlaqədar bərbad vəziyyətə düşmüşdü.

Kürdəxanı  bələdiyyəsinin təşkilatçılığı ilə küçələrdə təmir bərpa işləri aprel ayının sonundək davam edəcəkdir.

Belediyye.info

ŞƏRHLƏR