"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Kürdəxanı qəsəbəsində əhalinin sosial problemlərinin həllində xeyli işlər görülmüşdür-Bələdiyyə sədri hesabat verir

--2017-01-19 / 16:28

Sabunçu rayon Kürdəxanı bələdiyyəsi  müstəqil bir qurum olaraq yerli əhəmiyyətli, o cümlədən dövlət proqramlarını həyata keçirilməsində  və    Sabunçu rayon icra Hakimiyyəti rəhbərliyinin təşkilatçılığı ilə bütün tədbirlərdə də iştirak edir.

il ərzində Sabunçu rayon icra Hakimiyyətinin yerli məsələlərin həllində bizə göstərdiyi dəstək nəticəsində Kürdəxanı qəsəbəsində əhalinin sosial problemlərinin həllində xeyli işlər görülmüşdür.

əhali qarşısında vaxtaşırı hesabatlar vermək, onların xahiş və təkliflərini din­ləyib köməklik göstərmək bələdiyyələrin vəzifələrindən biridir

ərizə və müraciətlərdə qaldırılan həlli mümkün olan məsələlər yerində həll edilmiş, həlli mümkün olmayan məsələlər barəsində aidiyyatı qurumlara müraciət edilmişdir.

Kürdəxanı Bələdiyyəsi hər zaman qəsəbədə təmizlik, abadlıq işlərini diqqət mərkəzində saxlayır.

Sahə üzrə baş müfəttiş Hamlet  müəllimin köməkliyi sayəsində qəsəbədə yeni ağaclar əkilmiş, ağacların quru budaqları kəsilmiş, gövdələri əhənglə ağardılmış, məhəllədaxili yol kənarlarındakı alaq otları təmizlənmişdir.

Qəsəbədaxili torpaq yolların cari təmiri də unudulmamışdır. Belə ki, vaxtaşırı torpaq yollara daş qırıntıları, şlaq, otxod tökülmüş, torpaqla doldurulmuş, traktor və vətəndaşların köməyi ilə yayılaraq düzəldilmişdir.

Yağışların yağması ilə əlaqədar küçələri qurunt suları basmış, kanalizasıya, xət­tinin olmaması səbəbindən yollarda gediş-gəliş çətinləşmişdir. Su-Melorasiya ida­rəsi ilə müqavilə bağlanaraq daimi su nasosxanası quraşdırıldıqdan sonra küçə­lərdən su axınının qabağı alınmışdır.  Kürdəxanıda əsas  yol problemidir ki, bu prob­lemi də kanalizasıya xətti çəkildikdən sonra həll etmək  mümkün olacaqdır.     

Kürdəxanı bələdiyyəsinin nəzərdə tutulan 25 bənddən ibarət tədbirlər planı digər məsələlər kimi də öz həllini tapmışdır. Belə ki, bələdiyyə qəsəbədə keçirilən  bütün tədbirlərdə,  qəsəbə ərazisində yerləşən yeganə tədris mərkəzi  olan 113 saylı məktəbdə və “Mədəniyyət evi”ndə təşkil olunan mədəni kütləvi tədbirlərdə fəal iştirak etmişdir.

1 iyun Uşaqların müdafiəsi günü münasibətilə Kürdəxanı Bələdiyyəsi tərə­findən ərazimizdə yerləşən 336 saylı Köprələr evi Uşaq Bağçasına 176 manatlıq hədiyyə edilmiş bu da uşaqların sevincinə səbəb olmuşdur.

Kürdəxanıda yerləşən  113 saylı orta məktəbin direktorunun ərizəsinə əsasən tə­mir üçün 132 manatlıq emilsiya alınıb, məktəbə verilmişdir..

Imkan daxilində  “Novruz”, “Orucluq”,  “Silahlı qüvvələr günü” və “Qurban” bay­ramlarında “N”saylı hərbi hissəyə və kəndin kasıb, kimsəsiz, ailələrinə  “Bayram sovqat”ları  və birdəfəlik  yardımlar edilmişdir.

il ərzində bələdiyyə büdcəsinə 60636 manat vergi daxil olmuşdur. Maliyyə Nazirliyi tərəfindən dota­siyadan gələn 2620 manat vəsait də  Kürdəxanı bələdiy­yəsinin hesabına köçürülmüşdür.

Ümümilikdə, Bələdiyyə büdcəcinə 63.256 man. vəsait daxil olmuşdur.

Kürdəxanı bələdiyyəsində əmək haqqı 26139.59 man., bundan 5060 man. vergi şöbəsinin işçilərinə əmək haqqı verilib.  Qeyd etməliyəm ki,  Kürdəxanı Bələ­diyyəsinə əmək haqqları  2016-ci ilin iyun ayından plastik kart  vasitəsilə ödənilməsi təmin edilmişdir.

Yeni Yaşayış Massivində və kənd daxili yolların təmiri üçün 7896 man.,  qəsəbədə yaşayan imtiyazlı, aztəminatlı, imkansız ailələrə 103 nəfərə -(birdəfəlik) 1440.77 man. yardımlar olunmuşdur. YAP-a 1200 man., DSMF-yə 5738.65 man., Gəlir vergisinə 1586.09 man., Silahlı qüvvələrə 609.38 man., Bank xidmətinə 150.08 man., Telefon xidmətinə 1194.39 man., Bakı Elektrik şəbəkəyə 775.24 man., Komunal Təsərrüfatı idarəsinə 11000 man., Milli Assosiasiyaya 960 man., Azərsuya 60 man., Azərqaza- 220 man., Qəzetə abunə haqqı üçün 2.000 man., Komputerin alınması 590 man., Kompüterin təmir üçün 310 man., Kondisionerin təmir olumasına 320 man.,  Audir Xidmətinə 2200 man., Həmkarlar ittifaqına 458.76 man., Tədbir üçün-1410 man., icbari sığortaya 78.01 man., Sair xərclər 2245 man.,  Təsərrüfat xərci 605.52 man., Texnikanın təmiri üçün 4517 man., Yanacaq xərcinə 1802 man., Dəftərxana vəsaiti 1046.30 man., kitab alınması 503 man. Zərfin alınmasına-177.08 man.,  Poçt Xidmət haqqına 3439.33 man vəsait xərclənmişdir. Ümumilikdə 80.672.19 manat vəsait ayrılmışdır.

 Bələdiyyədə fəaliyyət göstərən “Torpaq və ərazi idarəetmə şöbəsi”nə il ər­zində  vətəndaşlar və inzibati orqanlar tərəfindən, ümumilikdə 130 ədəd ərizə və sorğu daxil olmuşdur.

Daxil olan bütün müraciətlər vaxtında və qanun çərçivəsində öz həllini tapmış, vətəndaşlara şifahi və yazılı cavablar verilmişdir.

2016-ci ildə Kürdəxanı bələdiyyəsində müxtəlif məsələlərin həlli üçün 12 iclas keçirilmiş həmin iclaslarda 37 məsələyə baxılıb, qərar verilmişdir.

2016-ci ildə Mülki işlər üzrə Məhkəmə orqanlarından 47 ədəd, dövlət struktur və qurumları tərəfindən 57 ədəd, Bələdiyyələrin iş mərkəzindən 17 ədəd, ümumilikdə 121 ədəd Kürdəxanı Bələdiyyəsinə məktub və sorğular daxil olmuşdur.

Həmçinin müxtəlif məzmunlu 349 ədəd ərizə bələdiyyəyə daxil olmuş və ərizələr cavablandırılmışdır.

Müqavilənin uzadılmasına görə 90 ərizə, itirilmiş sənədlərə görə 20 ərizə, torpaq vergisinin verilməsinə cəlb olunmaya görə 52 ərizə, şikayət xarakderli 16 ərizə, torpaq plan sxeminə görə 39 ərizə, torpağı bir başqasına bağışlamağına görə 57 ərizə, torpağın zəbt olunmasına dair 8 ərizə, sənədin kökünün arxivdə olmamasına dair 14 ərizə, torpağın və əmlakın qeydiyyata alınmasına görə 11 ərizə, 42 vətəndaşın şifahi sorğu və müraciətləri araşdırılmış, qanunvericiliyə uyğun cavablandırılmışdır.

Kürdəxanı Bələdiyyəsində ümumilikdə 850-dən çox vətəndaş qəbul edil­miş­dir.

Yerli Vergi” şöbəsində 5396 nəfər vergi ödəyicisi kimi qeydiyyatdadır. Onlardan 2234 nəfər icarə haqqı, 1219 nəfər əmlak, 1943 nəfər isə torpaq vergisi ödəyicisidir.

Vergi şöbəsində il ərzində yığılan vergi : – torpaq vergisi 5.244.24 man., icarə vergisi –49.399.80  man., əmlak vergisi – 5977.88 man. Ümumilikdə büdcə gəlirlərinin həcmi 60.621.92 manat olmuşdur.

Sabunçu rayon icra Hakimiyyətinin Başçısı Adil Vəliyevin  dəstəyi ilə qəsə­bə­də quruculuq, abadlıq işləri müntəzəm olaraq davam etdirilir. Kürdəxanı Bələdiy­yəsi bundan sonra da öz işini qəsəbədəki problemlərin həll olunması, Sabunçu rayon icra Hakimiyyəti Başçısının tapşırıqlarının icrasının təmin edilməsi istiqamətində quracaq və qəsəbə sakinlərinin problemlərinin həllinə nəzarəti daha da güc­ləndirəcəkdir.

Qarşımıza qoyulmuş məsələlərin həyata keçirilməsində və seçicilərimizin qarşısında gördüyümüz işlərin yerinə yetirilməsində bizə böyük dəstək olan Sabunçu rayon icra Hakimiyyətinə öz minnətdarlğımızı bildiririk.

H.B.KəRIMOVA

Sabunçu rayon

Kürdəxani bələdiyyəsinin sədri

ŞƏRHLƏR