Kürdəxanı Bələdiyyəsində Yeni Azərbaycan Partiyasinin 24 illiyi münasibətiyə tədbir kecirilib. Bu barədə məlumatı Sabunçu rayon Kürdəxanı bələdiyyəsindən daxil olub.
Tədbirdə Sədr Heyran Kərimova YAP–ın yaranma tarıxındən, Azərbaycanın ən böyük siyasi partiyası olmasından, YAP-ın siyasi səhnəyə XX əsrin 90-cı illərin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəlməsindən, partiyanın əsasının 1992-ci ildə Ulu öndər Heydər əliyev tərəfindən qoyulmasından və 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasınin Sədrinin birinci müavini ilham əliyevin yekdilliklə Yeni Azərbaycan Partiyasınin Sədri seçilməsindən danışıb.
Tədbirdə qonaqlardan Sabunçu rayonu icra hakimiyyəti başçısının Kürdəxanı qəsəbə üzrə nümayəndəsi R.Rzayev, Kürdəxanı Sağlamlıq Mərkəzinin baş həkimi E.Abdullayeva, 113 saylı məktəbin direktoru R.Qasımov, bələdiyyə üzvlər, bələdiyyə qulluqçuları və s. iştirak edib.
Belediyye.info