sorğu
ismayıllı rayon Kürdmaşı bələdiyyəsi rayonda “ilin bələdiyyəsi” adına layiq görülüb. Bu barədə Belediyye.infoya məlumatı bələdiyyə sədri Tünzalə Abdullayeva verib.
Sədrin sözlərinə görə, ismayıllı RiH rayonun abadlıq və quruculuq işlərində fəal iştirak edən təşkilat, müəssisə və bələdiyyəni müəyyən edərək seçilənləri təltif edir.
RiH-in bu il apardığı sorğu, təhlil və araşdırmalar nəticəsində Kürdmaşı ən fəal bələdiyyə seçilib.
Sədr daha sonra bildirib ki, rayonun iqtisadi göstəricilərində bələdiyyənin verdiyi tövhələr, habelə kənd ərazisində həyata keçirilən irihəcmli layihələrə görə seçilib.
Belediyye.info