"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Kürdmaşı bələdiyyəsinin hesabat iclası keçrilib

--2019-02-15 / 14:41

ismayılı rayon Kürdmaşı bələdiyyəsinin iclasında 2018-ci ildə gördüyü işlər və qarşıda duran məsələlər müzakirə edilib.

iclasda Kürdmaşı bələdiyyəsinin sədri Tünzalə ismayılova 2018- ci ildə görülən işlər, tədbirlər barədə eləcə də 2019-cu ildə qarşıda duran məsələlərə aid hesabat məruzəsi ilə çıxış edib.

Kənd sakini Xələfov Məhəmməd Mədət oğlu bələdiyyənin bu il ərzində gördüyü işlər haqqında danışıb, kənddə yollara çınqılla hamarlanmasını qiymətləndirib və qeyd edib ki heç bir bələdiyyənin zamanında bu qədər abadlıq işləri görulməyib. Ona görədə bələdiyyənin işinin müsbət qiymətləndrilməlidir.

Kənd sakini əliyev əfqan Paşa oğlu çıxış üçün söz alaraq qeyd edib ki, kənddə baş verən təbii fəlakət nəticəsində kəndin yararsız hala düşən yolları qısa müddət ərzində bələdiyyə tərəfindən təmir olunub, bələdiyyə müntəzəm çalışmaqla problemləri aradan qaldırmaqa nail olub. O , çoxsaylı seçicilərin adından bələdiyyəyə razılığını bildirib və bələdiyyənin işinin kafi qiymətləndirilməsini təklif edib.

Arif Qəmbərov bildirib ki, bələdiyyə   bu il ərzində   çox gərgin işləmişdir. Kürdmaşı kəndində iyun ayında baş verən yağışlar kəndi elə bir vəziyyətə qoymşdu ki , şəxsən mən bütün bu dağıntıların aradan qaldırılacağına inanmırdım. Amma bələdiyyə bir ayı fasiləsiz olaraq çalışdı və demək olar ki 80 faiz problemlər həll olundu.

Akifə Quliyeva isə bildirib ki, bələdiyyənin fəaliyyətindən çox razıdır. Bələdiyyənin işini, xususən kəndə gətirdiyi artezian layihəsini yüksək qiymətləndirib. O vurğulayıb ki, bu işlərdə bələdiyyənin zəhməti danılmazdır. Bələdiyyə ilə müntəzəm iş əlaqəsi olduğu üçün burada olan iş fəaliyyətini, obyektivliyi təqdirəlayiq hal kimi qiymətləndirdiyini bildirib. Bələdiyyənin abadlıq və yaşıllaşdırma işlərində gördüyü fəaliyyəti yüksək qiymətləndirib.

Kənd sakini Abbasov Hafiz də öz nitqində il ərzində bələdiyyənin abadlığa göstərdiyi qayğıdan danışdı.Körpülərin təmiri,yolların salınması çox boyuk işdir.həm də bələdiyyənin maliyyə cəhətdən zəif olmasına baxmayaraq ,bu qədər işi görə bilməsini yüksək qiymətləndirdi.Ona görə bələdiyyənin işindən hamı kimi özünün də çox razı olduğunu bildirdi.

Kənd ağsaqqalı Məmmədov Yunis bələdiyyənin dəfn mərsimlərinə,məktəbə köməyindən,imkansiz ailələrə yardımından danısıb. Babayev Asvar bildirib ki, bələdiyyənin ilk işi qəbristanlığın ətrafını hasarlamaq və məscidə su cəkmək olub. Ona görə də mən bələdiyyənin işini yaxşı qiymətləndirirəm.

Digər çıxış edənlər də ümumilikdə bələdiyyənin fəaliyyətinin qənaətbəxş olduğunu əhalinin bələdiyyələrə inamın artdığını buna görə də bələdiyyənin işinin kafi qiymətləndirilməsini təklif etdilər.Ümumilikdə çıxış edənlərin hamısı bələdiyyə üzvülərindən,ismayılova Tünzalə və M.Qəmbərova nın bələdiyyədə fəaliyyətini yüksək qiymətləndirdilər.Təklif etdilər ki,bələdiyyənin gördüyü işlərə kafi qiymət verilsin.

iclasda qərara alınıb ki, Kürdmaşı bələdiyyəsinin 2018-ci ildə gördüyü işlər kafi qiymətləndrilsin.

Belediyye.info

ŞƏRHLƏR