Ismayıllı rayon Lahic Bələdiyyəsinin sədri Rövşən əliyevin Beledieyye.infoya açıqlamasında bildirilir ki, bələdiyyənin təşəbbüsü və müəyyən maliyyə dəstəyi ilə Lahıc qəsəbəsinin girəcəyində 50 metr uzunluğunda yeni kanalizasiya xətti inşa edilib. Bu xəttin inşası zamanı heç bir tarixi abidəyə ziyan vululmayıb. Yeni kanalizasiya xətti 30 ev, icma evi, iki bulağa xidmət edəcəkdir.
Xatırladaq ki, bundan əvvəl bələdiyyənin təşəbbüsü və dəstəyi ilə “Bədöyun” qəbristanlığının qarşısında olan küçə divarı əsaslı olaraq yenidən inşa edilib. Bu divarın uzunluğu 40 metrdir. inşa edilmiş divar köhnə üsulla tikilib. Eyni zamanda divarda Lahıc qəsəbəsinin tikinti üslubuna uyğun olaraq taxçalar inşa edilib. Bu taxçalar qədim sənət əsərlərinin turistlərə nümayişi üçün nəzərdə tutulub.
Taxçaların daxilində işıqlanma sistemi çəkilişidə başa çatdırlıb.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|