"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lahic bələdiyyəsi "Qapan dibi"ndə döşəməni yenidən qurur

--2016-06-28 / 23:56

“ismayıllı rayon Lahıc bələdiyyəsi qəsəbədə abadlıq işlərini davam etdirir”-bunu Belediyye.infoya açıqlamasında bələdiyyə sədri Rövşən əliyev bildirib.

 "Qapan dibi" adlanan meydanda dağılmış daş döşəmələrin bərpasına start verilib. Artıq ərazidə bir sıra işlər həyata keçirilib. Yaxın günlərdə ərazidə nəzərdə tutulan işlərin başa çatdırılacağı bildirilir.

Sədr layihənin davamı olaraq qəsəbənin “Ağolu” məhəlləsinin də dağılmış daş döşəmələri bərpa ediləcəyini bildirib.

Belediyye.info

ŞƏRHLƏR