Ümummilli Lidеrimiz Hеydər əliyеvin siyаsi kursunun layiqli davamçısı, möhtərəm Prеzidеntimiz ilhаm əliyеvin rəhbərliyi аltındа ölkəmizdə yаrаdılаn ictimаi-siyаsi sаbitlik, dеmоkrаtik şərаit, bələdiyyələrin dаhа çеvik idаrəеtmə qurumunа çеvrilməsinə yönələn qаyğı və diqqət bələdiyyələrin işgüzаrlığını, məsuliyyətini dаhа dа аrtırmış, onları yеrli məsələlərin həllində dаhа inаmlа iştirаk еdməyə və əhаlinin bu prоsеslərə cəlb еdilməsində fəаllıq göstərməyə sövq etmişdir.
.Bu istiqamətdə hesabat ilində gördüyümüz və cari ildə planlaşdırdığımız içlər barədə Sizə qısa məlumat vermək istəyirəm. Lahıc bələdiyyəsi Lahıc qəsəbəsi, Bağəli,ərəkit, Kənəə və Namazgah kənd ərazi vahidlərini özündə birləşdirərək 2266 ha ərazini əhatə etməklə 2500 nəfər sakinə xidmət göstərir.26 avqust 2018-ci ildə hörmətli Prezident ilham əliyev və birinci xanım Mehriban əliyeva qəsəbəmizdə olmuş, qəsəbəyə təbii qazın verilməsi, Lahıc qəsəbə tam orta məktəbin və Dəmirçi-Lahıc avtomobil yolunun açılış mərasimlərində iştirak etmişlər. Cənab Prezidentin şəxsi təşəbbüsü ilə həyata keçirilən və gələcəkdə planlaşdırılan soasial-iqtisadi layihələr Lahıc qəsəbəsinin və onun ətrafındakı kəndlərin sürətli inkişafına, insanların bu qədim yaşayış məskənlərində rahat və layiqli həyat şəraitində yaşamalarına yönəlmişdir. Eyni zamanda bütün bu tədbirlər Lahıcın respublikamızdan kənarda tanıdılmasına, qəsəbəmizin beynəlxalq turizm marşrutuna daxil edilməsinə zəmin yaradır. Qəsəbəmizdə belə vacib sosial layihələrin həyata keçirilməsi Cənab Prezidentin və Birinci Vitse Prezidentin Lahıc və lahıclılara ən böyük töhfəsidir. icazə verin bütün lahıclılar adından Cənab Prezidentə və Birinci xanıma öz dərin təşəkkürümüzü bildirək.
Prеzidеntimizin qаrşımıza qоyduğu vəzifələrin məsuliyyətini dərk еdərək yеrli özünüidаrəеtmə qurumu оlаrаq Lahıc bələdiyyəsi də оnlаrın həlli istiqаmətində fəаllıq göstərməyə çаlışır.
Bələdıyyəmiz tərəfindən yеrli sоsiаl müdаfiə və yеrli sоsiаl inkişÐ°f prоqrаmlarının icrаsı sahəsində aşağıdakı işlər görülmüşdür. Ðbаdlıq, tikinti, qəsəbə infrаstrukturunun təkmilləşdirilməsi və еkоlожi durumun yахşılаşdırılmаsı üzrə Lahıc qəsəbəsi ərazisində təmizlik işləri icra edilmiş, qəsəbəsinin girəcəyində kanalizassiya xətti bərpa edilmişdir. “icma bazarı”nın tikintisi yekunlaşdırılmış və sakinlərimizin istifadəsinə verilmişdir. Lahıc qəsəbəsinə gələn su xətti bərpa edilmişdir. Qəbristanliqlarda iməciliklər keçirilmiş, Namazgah kəndinin qəbristanlığında təmir və abadlıq iıləri icra edilmişdir.
Bələdiyyə ərazisində ağac və gül kolları əkilmiş, onların qorunması, suvarılması təşkil edilib. “Dəre həmum” adlanan yerdə kanalizasiya xəttinin bərpası istiqamətində işlər davam etdirilmiş, xətt bütövlükdə yenidən təmir edilmişdir. Bazar meydanının daş döşəməsi bütövlükdə təmir edilmişdir. “Bədöyun” qəbristanlığının qarşısındakı sökülmüş divarın tikintisi yekunlaşdırılmışdır. Eyni zamanda xeyriyyəçilik yolu ilə həmin ərazinin daş örtüyü tamamilə yeniləşdirilmişdir. Bələdiyyə ərazisində 10 ha sahədə fındıq bağı salınmışdır. Qəsəbəyə gələn avtomobillərin yerləşdirilməsi üçün dayanacaq yeri ayrılmış, tikintinin 2019-cı ilin axırına kimi yekunlaşdırılması nəzərdə tutulmuşdur. Bazar meydanında elektrik xəttlərinin bərpa edilmişdir. Sənətkarlığın inkişafı ilə bağlı sənətkarlara torpaq sahəsi ayrılmış və orada müvafiq tikinti işlərinin aparılmasına şərait yaradılmışdır. 12 misgər, dəri (papaqçı) və xalçaçı sənətkar ailəsi ABAD-a qoşulmuş və toxuma sənəti üzrə daha 6 ailələnin ABAD-a qoşulması üçün işlər davam etdirilir. 2018-cı ildə bir misgər dükanının, bitki və meyvə qəbulu mərkəzinin və dəmirçilik sənətinin inkişafı üçün emalatxana tikintisi üçün ayrılmış torpaq sahəsində tikinti işləri yekunlaşdırılmışdır.
il ərzində Lahıc qəsəbə tam orta məktəbin təmirinə və yanacaq təminatına yardım edilmiş, 148 nəfər imkansız şagirdə məktəbli ləvazimatı və məktəbli formalarının verilməsi bələdiyyənin apardığı layihə tərəfindən təşkil edilmişdir.
Bələdiyyə tərəfindən Qəsəbənin girişində sanitar qovşağı inşa edilərək istifadəyə verilmişdir. Mərkəzi meydandan axan sular sistemləşdirilmiş və çaya axıdılması təmin olunmuşdur. Küçə boyu butun taxta qapılar təmir edilərək laklanmışdır. Qəsəbəmizə 7 km məsafədən içməli su çəkilmişdir. Qəsəbənin abadlığı ilə görülən bütün işlər bələdiyyə tərəfindən və ya bələdiyyənin yaxından köməkliyi ilə həyata keçirilmişdir. Turistlərin daha çox gəzdikləri qəsəbənin mərkəzi küçəsi tam abadlaşdırılmış, ümumi görünüşə xələl gətirən elektrik naqilləri və telekomunikasiya xətləri qonşu küçələrə köçürülmüşdür.
Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün Lahıc bələdiyyəsi ərazisində tikilmiş futbol meydançasında onların idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün hər cür şərait yaradılmışdır. Həyata keçirtdiyimiz sosial layihələrin mərkəzində həmişə şəhid və müharibə veteranlarının ailələri olmuş, ilk növbədə onların problemlərinin həllinə çalışmışıq.
“Azərbaycanda Yerli Demokratiya həftəsi” çərçivəsində qəsəbə və kəndlərdə, Lahıc Tarix-Mədəniyyət Qoruğunda, Lahıc Tarix-Diyarşünaslıq Muzeyində sakinlərlə görüşlər keçirilmiş və onları narahat edən məsələlərin həlli istiqamətində əməli işlər görülmüşdür.
Nəqliyyаt sаhəsi üzrə əhаliyə göstərilən nəqliyyаt Ñ…idmətinin yахşılаşdırılmаsı, rayon mərkəzinə və Bakı şəhərinə sərnişin dаşımаsının təkmilləşdirilməsi və nəqliyyat vasitələrinin fasiləsiz işləməsi üçün uyğun təşkilatlarla birgə müvafiq tədbirlər görülmüşdür.
Heç şübhəsiz ki, yerli problmlərin vaxtında həlli maliyyə imkanlarımızın artırılmasını tələb edir. Müvafiq vergi və ödənişlərlə yanaşı bələdiyyə büdcəsinə gəlir gətirən xidmət və istehsal sahələrinin yaradılmasına xüsusi önəm veririk. Qəsəbənin təmiz havası, turistləri qəbul etmək üçün müvafiq infrastrukturun və uyğun şəraitə malik fərdi yaşayış evlərinin olması turizm və xidmət sahələrinin inkişafı üçün əlverişli şərait yaradır.
Bələdiyyəmiz belə xidmətlərin təşkilində qеyri-hökumət təşkilаtlаrı və ictimai birliklərlə daim əməkdаşlıq etməyə çalışır. Belə ki, Lahıca gəlmək istəyən turistlərə nəqliyyat xidmətlərin göstərilməsi, onların yerli adət-ənənələr barədə maarifləndirilməsiı sahəsində bu təşkilatlarla birgə iş aparılmış, Lahıc qəsəbəsində və ətraf kəndlərdə turizmin imkişafı və yerli əhaliyə gəlir gətirən xidmət sahələrinin yaradılması istiqamətində gələcəkdə birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu istiqamətdə artıq bələdiyyə ərazisində 7 layihə həyata keçirilmiş, daha bir layihə isə hal-hazırda hazırlıq mərhələsindədir.
Bələdiyyəmiz 2018-ci ilin avqust ayında “Lahıc icması” MMC təsis etmiş və fəaliyyət göstərməyə başlamışdır. Hal-hazırda dərman bitkilərinin qablaşdırılması istiqamətində işlər davam etdirilir. Bu istiqamətdə “Mis muzey” yaradılmışdır.
Görülən işlərlə yаnаşı gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrimiz və həllini gözləyən prоblеmlərimiz də vаrdır. Turizm və digər xidmət sahələri üzrə müəssisələrin yaradılması və yaratdığımız müəssisənin fəaliyyətini geniçləndirmək məqsədi ilə bələdiyyəmizə gələcəkdə dövlət büdcəsindən subvensiyanın ayirmasına köməklik etməsini Milli Assosiasiyanın rəhbərliyindən xahiş edirəm.
Hamımızın əsas məqsədi sakinlərimizin etimadını doğrultmaq və eyni zamanda ilin sonunda keçirilən bələdiyyə seçkilərində onların dəstəyini qazanmaqdır. Bu isə məsuliyyətimizi dərk edərək seçicilərimizin rifahı naminə yorulmadan çalışmaqla mümkündür. Bu yolda bütün həmkarlarıma uğurlar arzulayıram!
Rövşən əliyev
ismayıllı rayonunun Lahıc bələdiyyəsinin sədri