"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lahicda aztəminatlı ailələrin uşaqlarına məktəbli bağlaması təqdim edilib

--2016-09-09 / 22:57

ismayılı rayon Lahıc bələdiyyəsinin yaydığı məlumata gğrə, bələdiyyənin  layihəsi əsasında "ASAN XiDMəT" və “AXA MBASK “sığorta şirkəti imkanı olmayan aztəminatlı ailələrin   Lahıc qəsəbə tam orta məktəbində təhsil alan şagirdlərə yardım aksiyası keçirilib.

Qəsəbə məktəbinin binasında keçirilən aksiyada 20 nəfər şagirdə məktəb bağlaması təqdim edilib. Bağlamada məktəbli forması, məktəb ləvazimatları, məktəbli çantası, ayaqqabı  daxil edilib.

Təqdimatda bələdiyyənin və adıgedən  orqanların təmsilçiləri iştirak edib.

Belediyye.info

ŞƏRHLƏR