"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lahıcda ümummilli lider anılıb

--2017-12-11 / 20:51

2003-cü il dekabr ayının 12-si… Həmin gün Azərbaycanın tarixinə qara hərflərlə yazıldı. Həmin gün Azərbaycan xalqı öz Böyük və Xilaskar oğlu, ümummilli Lider, bu dövlətin qurucusu Heydər əliyevi cismən itirdi. Yer üzünün hansı ölkəsində yaşamasından asılı olmayaraq, milyonlarla azərbaycanlı bu xəbərdən sarsıldı. O, bizə Azərbaycan adlı sabit, hər gün inkişaf edən, dünya birliyində özünə layiqli yer tutan, özünün qurub-yaratdığı bir məmləkəti əmanət qoyub getdi.

12 dekabr – Bu gün bütün dünya azərbaycanlıları milli Liderimiz Heydər əliyevin əziz xatirəsini yad edir. ismayıllı rayonunun Lahıc qəsəbəsində də Azərbaycan xalqının Böyük və Xilaskar oğlu, ümummilli Lider, dövlətimizin qurucusu Heydər əliyevin anım günü qeyd edildi.

R. əliyev 

ismayıllı rayon Lahic bələdiyyəsinin sədri

 

ŞƏRHLƏR