"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lahıcda Zərifə xanım əliyevanın anadan olmasının 94-cü ildönümü qeyd edilib

--2017-04-26 / 17:56

ismayıllı rayon Lahıc qəsəbə  xəstəxanasında Lahic bələdiyyəsinin təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım əliyevanın anadan olmasının 94-cü ildönümü qeyd edilib.

Tədbirdə ismayılı RiH-in rəsmiləri, Lahıc qəsəbə xəstəxanasının baş həkimi Aydın əsədov, qəsəbə bələdiyyəsinin sədri, əməkdar müəllim Rövşən əliyev, tibb və təhsil ocağının  kollektivi,  habelə qəsəbə  ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə Lahic qəsəbə orta məktəbində akademik Zərifə əliyevaya həsr edilmiş inşa müsabiqəsinə də yekun vurulub. Münsiflər heyətinin rəyinə əsasən  9 sinif şagirdi Zöhrə əliyeva müsabiqənin qalibi elan edilib.

Çıxış edənlər Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan, səhiyyədə yenilikçi  alim, elmi-pedaqoji fəaliyyətində çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyən, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsində və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işində də xüsusi xidməti olan Zərifə xanım əliyevanın həyat və fəaliyyəti barədə geniş məlumat veriblər.

Tədbir məktəb şagirdlərinin hazırladığı bədii proqramla yekunlaşıb.

Belediyye.info

ŞƏRHLƏR