"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lalə festifalı keçiriləcək-KOCAELi BöYüKşəHəR BəLəDiYYəSiNDə

--2017-04-04 / 20:19

Kocaeli Böyükşəhər Bələdiyyəsi tərəfindən bu il  keçiriləcək Lalə Festivalında bu il də ən gözəl lalə yetişdirənlər seçiləcək.  Kocaeli Böyükşəhər Bələdiyyəsinin rəsmi internet resursu yayıb.

Məlumatda bildirilir ki, Sekapark Lalə Festivalına iştirak edən vətəndaşlardan birinci yeri tutana 2 min, ikinci yeri tutana 1500, üçüncü  yeri tutana min, dördüncü 750  və beşinci 500 TL mükafat  veriləcək.  Bundan başqa 150 nəfər 100 TL həvəsləndirici mükafatının sahibi olacaq. 10-ci Sekapark Lalə Festivalı, 8 Aprel şənbə günü keçiriləcək. Qalibləri bələdiyyənin təmsilçisinin qatıldığı müstəqil ekspertlər tərəfindən seçiləcək.

Sekapark Lalə Festivalı ərəfəsində şəhərin müxtəlif nöqtələrində satışa çıxarılan lalələr vətəndaşlar tərəfindən satın alınıb.  

Vətəndaşların ixtiyarına verilən sahələrdə 5 min   lalə soğanağı əkilib. Bu gün baharın gəlişi ilə şəhərin dörd bir yanını bürüyən rəngarəng lalələr açmağa başlayıb. Kocaeli daxilində  isə 2 milyon lalə toxumu əkilib. Bunlardan 1,5 milyonu Sekaparkta müxtəlif fiqurlar yaradılıb. Bu  fiqurlar arasında 15 iyul şəhidləri Körpüsü, Hörümçək adam, Pinqvin, Dünya və Panda var.

Lalə festivalı tam bir şənlik əhval-ruhiyyəsində keçəcəyi gözlənilir.

Belediyye.info

ŞƏRHLƏR