sorğu
Latviyada yerli hakimiyyət orqanlarına (bələdiyyə) seçkilər başa çatıb.
AZəRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, latviyalılar ölkənin 9 böyük şəhərinin 110 diyarından 1614 nümayəndə seçiblər. Seçkilərdə 8945 namizəd iştirak edib.
Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, ölkədə seçici fəallığı 47,08 faiz təşkil edib - seçicilərin 679 min 708 nəfəri seçkilərdə səs verib.