Ölkəmizdəki sosial-iqtisadi inkişafla tanışlıq və yerli icra və özünüidarəetmə orqanlarının fəaliyyətinə dair təcrübə mübadiləsi aparmaq məqsədilə 03-07 aprel 2017-ci il tarixlərdə Azərbaycanda səfərdə olan Latviyanın Rezekne diyarından olan nümayəndə heyətinin - diyar merinin müavini Elvira Rizanenin, icraçı direktoru Yanis Troşkanın və informasiya şöbəsinin müdiri Madara Bertinanın və Latviya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs 06 aprel 2017 ci il tarixdə Binəqədi rayonuna səfər etmişlər. Nümayəndə heyyətinin tərkibində Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının katibi Tofiq Həsənov da iştirak etmişdir.
Səfər çərçivəsində qonaqlar ilk öncə Biləcəri bələdiyyəsində olmuş və Binəqədi rayonunun nümayəndə heyəti ilə görüş, fikir mübadiləsi aparılmışlar.
Daha sonra qonaqlar rayonda yerləşən Heydər Məscidini ziyarət etdikdən sonra Heydər əliyev adına istirahət və mədəniyyət parkında və Yeni Azərbaycan Partiyasıının Binəqədi Rayon Təşkilatında olmuşlar.
Görüşlərdə Binəqədi rayonundan Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva, Binəqədi Rayon icra Hakimiyyəti başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları iə iş şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasıının Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov və rayon bələdiyyə sədrləri iştirak etmişdir.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|