Latviyanın Preyli şəhər dumasının sədri Maruta Plivdanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı şəhərinin Qaradağ rayonunda olub. Bu barədə məlumatı Qaradağ RiH yayıb.
Görüşdə Qaradağ RiH-in başçısı Süleyman Mikayılov, Latviya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Yuris Maklakovs və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qonaqlar Heydər əliyev muzeyində Ümummilli Liderin həyat və fəaliyyəti ilə tanış olublar.
Görüşdə bildirilib ki, Azərbaycan və Latviya arasında regional əlaqələrin inkişafı istiqamətində işlər davam etdirilməkdədir. Ölkələr arasında qarşılıqlı səfərlərin məntiqi nəticəsi olaraq, 2011-2017-ci illərdə iki ölkənin bir sıra yerli orqanları arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr imzalanmış, təcrübə mübadiləsi və müzakirələr aparılmışdır.
Bu əməkdaşlığın məntiqi nəticəsi olaraq 2017-ci ilin iyul ayında Azərbaycan Respublikasının Prezidentinin Latviyaya rəsmi səfəri zamanı Latviya Respublikasını Prezidenti ilə keçirilmiş ikitərəfli görüş zamanı yerli hakimiyyətlər və bələdiyyələrin əməkdaşlığı sahəsində görülən işlər xüsusilə vurğulanmışdır.
2012-ci ildən Latviyanın Preyli diyar bələdiyyəsi ilə Azərbaycanın Qaradağ rayonunun Sahil bələdiyyəsi qardaşlaşmış bələdiyyələrdir. Dostluq və işgüzar əlaqələrin daha da gücləndirilməsi, təcrübə mübadiləsi və yeni layihələrin icrası ilə bağlı görüşlərin keçirilməsi məqsədi ilə Preyli şəhər dumasının sədri Maruta Plivdanın rəhbərlik etdiyi 4 nəfərdən ibarət nümayəndə heyəti Bakıda səfərdədir.
Nümayəndə heyəti Qaradağ rayonu ilə yaxından tanış olublar.
Belediyye.info
|
|
|
|