"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Latviyalı qonaqlar Səbail bələdiyyəsində olublar

--2017-04-05 / 18:51

Yerli və özünüidarəetmə orqanlarının fəaliyyətinə dair təcrübə mübadiləsi məqsədilə aprelin 3-dən 7-dək Latviyanın Rezekne şəhərinin yerli idarəetmə orqanlarının nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Səfər çərçivəsində  Latviyanın Rezekne şəhərinin nümayəndə heyəti tanışlıq məqsədilə Səbail bələdiyyəsində  olublar.

Səbail bələdiyyəsinin sədri Firdövsü Cəbrayılov  bələdiyyənin həyata keçirdiyi layihələrdən, bələdiyyənin  fəaliyyətindən və   nəzərəçarpan uğurlarından  danışaraq qonaqlarla görüşdə  ətraflı  məlumat verib.

Rezekne şəhər merinin müavini Elvira Rizane  hər iki ölkənin yerli və regional qurumlarının səmərəli əməkdaşlıq etməsinin əhəmiyyətini  xüsusiylə vurğulayıb.

Rezekne şəhər merinin müavini Elvira Rizane, icraçı direktor Yanis Troşka və informasiya şöbəsinin müdiri Madara Bertina çıxış edərək qonaqpərvərliyə görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, səfər zamanı qonaqları Azərbaycan şəhər, Qəsəbə və Kənd  Bələdiyyələrinin Milli Assosiasiyasının əlaqələndiricisi  Tofiq Həsənov müşayiət edib.

Görüşdə həmçinin Səbail bələdiyyəsinin üzvləri Aliyə Təhmasıb, Mehriban Paşayeva və Qurban Abbasov iştirak edib.

Bundan sonra qonaqlar Xalça muzeyində olublar.

Belediyye.info

ŞƏRHLƏR