"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Latviyalı qonaqlar Səbail bələdiyyəsində olublar

--2017-11-23 / 20:03

Xəbər verdiyimiz kimi, Latviyanın Preyli şəhər dumasının  sədri Maruta Plivdanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Ötən gün Qaradağ rayonunda səfərdə olan nümayəndə heyəti bu gün Səbail bələdiyyəsində olub.

Bu barədə məlumatı Səbail bələdiyyəsi yayıb.

Görüşdə Səbail bələdiyyəsinin sədri Firdövsi Cəbraylov bələdiyyənin fəaliyyətindən, həyata keçirilən layihələrdən danışaraq ötən illərlə müqayisədə bələdiyyənin cəmiyyətdə rolunun artdığını qeyd edib. Sədr daha sonra bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində dövlət başçısının atdığı addımlardan danışaraq, Mili Məclis tərəfindən qanunlarda son illər bir sıra ciddi dəyişikliklərin edildiyini qonaqların diqqətinə çatdırıb.

Bələdiyyə  yaxın günlərdə  özünə inzibati bina inşasına başlayacağını deyən sədr hazırda bununla bağlı layihə-smeta sənədlərinin təsdiq edildiyini bildirib.

Bələdiyyədə 17 nəfər üzv seçildiyini və üzvlərin müxtəlif siyasi mənsubiyyəti olsa da yerli orqanda sağlam mühitin  formalaşdığını bildirib.

Bələdiyyənin sədr müavini Mehriban Paşayeva bələdiyyələrdə qadın və gənclərin roluna toxunaraq bu istiqamətdə bir sıra mühüm addımların atıldığını qeyd edib. Bələdiyyələrin inkişafında təcrübə mübadiləsi istiqamətində ölkələr arası əlaqələrin əhəmiyyəti  böyükdür.

Onun sözlərinə görə,  ölkələr arasında qarşılıqlı səfərlərin məntiqi nəticəsi olaraq, 2011-2017-ci illərdə iki ölkənin bir sıra yerli orqanları arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr imzalanmış, təcrübə mübadiləsi və müzakirələr aparılmışdır.

Preyli şəhər Dumasının sədri Maruta Plivdanın rəhbərlik etdiyi şəhərdə cari ilin iyun ayında keçirilən seçkilərdə qalib gəldiyini qeyd edib. O həmçinin şəhərdə həyata keçirilən layihələrə toxunaraq əsasən əldə etdikləri gəlirlər hesabına təhsil və səhiyyə sahəsində ciddi layihələrin icra olunduğunu bildirib.

Bununla yanaşı Preyli şəhərinin Azərbaycanla sıx əlaqələr qurulduğunu və 2012-ci ildən Azərbaycanın Qaradağ rayonunun Sahil bələdiyyəsi qardaşlaşma protokulu imzalandığını da qeyd eidb.

Xanım sədrin sözlərinə ğörə, dostluq və işgüzar əlaqələrin daha da gücləndirilməsi, təcrübə mübadiləsi və yeni layihələrin icrası ilə bağlı görüşlərin keçirilməsi hər iki  ölkənin yerli orqanları üşün böyük əhəmiyyəti vardır.

Görüşün sonunda xatirə hədiyyələri  təqdim edilib.

Qonaqları səfər çərçivəsində Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının əlaqələndiricisi Tofiq Həsənov və icra katibinin müavini əli əkbərli müşayət edib.

Səfər çərçivəsində qonaqlar Azərbaycan Xalça muzeyi ilə tanış olublar.

Nümayəndə heyətinin səfəri davam edir.

Belediyye.info

ŞƏRHLƏR