"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Latviyanın bələdiyyə sədrləri Suraxanıda olublar

--2018-10-16 / 10:34

Latviya Bələdiyyələr ittifaqının nümayəndə heyəti Azərbaycanda səfərdədir. Nümayəndə heyəti səfər çərçivəsində Suraxanı Rayon icra Hakimiyyətində olub.

Görüşdə Suraxanı RiH başıçısı ilqar Abbasov, RiH-in məsul işçiləri, Qaraçuxur bələdiyyəsinin sədri ixtiyar Nəcəfov və Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının icra katibi Tofiq Həsənov iştirak ediblər.

icra başçısı görüşdə ikitərəfli əlaqələrdən danışraq hələ 2012-ci ildən rayonun Qaraçuxur bələdiyyəsiylə Latviyanın Jekabpils bələdiyyəsi arasında dostluq-qardaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edərək, əməkdaşlıq əlaqələrinin inkişafına maraqlı olduqlarını qeyd edib.

işgüzar şəraitdə davam edən görüşdə əmədkaşlıq əlaqələrinin bundan sonrada yüksək səviyyədə davam etdirilməsi qərara alınıb.

Qeyd edək ki, nümayəndə heyətinə Latviya Bələdiyyələr ittifaqının sədri Gints Kaminskis bşçılslıq edir.

Nümayəndə heyətinə Raivis Ragaynis (Jekabpils bələdiyyəsinin sədri), Ajvars Priedols (Grobinja bələdiyyəsinin sədri), Vents Armands Krauklis (Valka bələdiyyəsinin sədri), Andrejs Spridzan (Dobele bələdiyyəsinin sədri), Ajvars Mutsenieks   (Ventspils bələdiyyəsinin sədri) ,Via Jablonska (Priekule bələdiyyəsinin sədri) , Elita Kresse (Latviya Bəllədiyyələr ittifaqının məsləhətçi) daxildir.

Görüşdən sonra Latviyalı qonaqlar Suraxanı rayon Heydər əliyev Mərkəzində və Atəşgahda olublar.

Belediyye.info

ŞƏRHLƏR