sorğu
Latviyanin Valka şəhərinin bələdiyyə sədri Vents Armand Krauklisin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 6-dan 10-dək Azərbaycanda səfərdə olacaq.
Azərbaycan şəhər, qəsəbə, kənd bələdiyyələrinin Milli Assosiasiyalarının dəvəti ilə reallaşdırılacaq səfərin məqsədi gələcək əməkdaşlıq məsələlərinin müzakirəsi və təcrübə mübadiləsidir. Səfər çərçivəsində qonaqlar Bakı və Goranboy rayonlarında görüşlər keçirəcəklər.
Aygün əliyeva
AZəRTAC-ın xüsusi müxbiri