iyulun 6-da Latviyanın Yekabpils şəhərində keçiriləcək şəhər festivalında Bakının Suraxanı rayonunun Qaraçuxur bələdiyyəsinə həsr edilmiş stend və skamyanın açılış mərasimi olacaq.
AZəRTAC xəbər verir ki, Dauqava su bəndinin sahilində yerləşəcək skamyanın açılışında Bakıdan gələn nümayəndə heyəti, habelə Yekabpils bələdiyyəsi və digər qardaşlaşmış şəhərlərin nümayəndələri iştirak edəcəklər.
Xatırladaq ki, Yekabpils ilə Qaraçuxur bələdiyyəsi 2012-ci ilin avqustunda imzalanmış əməkdaşlıq sənədinə əsasən qardaşlaşıb. Yekabpils şəhəri qardaşlaşdığı 7 şəhərdən 5-nin şərəfinə müvafiq skamya qurub. Xüsusi dizayn olunmuş skamyalar həmin şəhərlər barədə məlumatları əks etdirir. Məlumatlar latış, rus, ingilis və həmin ölkənin dilindədir. Skamyanın yanında Qaraçuxura istiqamətlənmiş nişan da quraşdırılıb.
Skamyanın quraşdırılmasına şəhər büdcəsindən 16 min 760 avro vəsait ayrılıb.
Aygün əliyeva
AZəRTAC-ın xüsusi müxbiri
P.S. Fotolar Suraxanı rayonu Qaraçuxur bələdiyyəsi tərəfindən təqdim edilib