Bərdə bələdiyyəsi şəhər ərazisində bir sıra işlər həyata keçirib.ilk olaraq bələdiyyə tərəfindən H.əliyev prospektində quraşdırılan elektrik dirəklərinin işıqlandırma sistemləri təmir edilib. Bu barədə məlumatı Bərdə bələdiyyəsi yayıb.
Məlumatda daha sonra deyilir ki, sözügedən prospektdə böyük ağac kökünün dağıtdığı tamet daşları və ağlaylar pərpa edilib. Bununla yanaşı bələdiyyənin əməkdaşaları tərəfindən güclü külək nəticəsində Sabir küçəsində aşaraq, avtomobillərin hərəkətinə mane olan ağac doğranaraq ehtiyacı olan vətəndaşlara verilib və az müddətdə nəqliyyatın gediş-gəlişi bərpa olunub.
Həmçinin son günlər bələdiyyənin əməkdaşları tərəfindən şəhərin Gəncə küçəsində su arxlarının təmizlənməsi və daşınması işləri, o cümlədən ə.ədilov, H.Aslanov küçələrində səkilərin kənarında bitən alaq otları biçilib və süpürülərək təmizlənib. Eyni zamanda Nüşabə küçəsi və Bərdə imamzadəsi qəbirsanlığının ətrafı da alaq otlardan təmizlənərək daşınıb.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|