Lənkəran bələdiyyəsinin yaydığı məlumata görə, 2017-cı ilin I rübündə Lənkəran bələdiyyəsinin 3 iclası keçirilib. Bu müddət ərzində Lənkəran bələdiyyəsinə 33 məktub, ərizə və şikayət daxil olub. O cümlədən, idarə və təşkilatlardan daxil olan məktubların sayı 20 ədəd, vətəndaşlar tərəfindən daxil olan ərizə və şikayətlərin sayı 13 ədəd təşkil edib.
“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respulikası Qanununa müvafiq olaraq daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılaraq, nəticəsi barədə onlara məlumat verilib. Müxtəlif məsələlərlə bağlı bələdiyyə aparatı tərəfindən 211 vətəndaş qəbul edilib.
Hesabatda birinci rübdə maliyyə hesabata da toxunulur. Belə ki, cari ilin I rübündə bələdiyyə tərəfindən abadlıq, təmir-tikinti işlərinə 1.096 manat vəsait xərclənib.
2017-ci ilin I rübündə mədaxil 15.806 manat təşkil edib. O cümlədən, torpaq və əmlak vergisindən daxil olan gəlir 3.410 manat, mehmanxana rüsumundan 758 manat, torpaq satışından 10.940 manat, icarə haqqından 698 manat gəlir əldə edilib.
2017-ci ilin I rübündə məxaric 15.971 manat təşkil edib.
O cümlədən əmək haqqının ödənilməsinə 6.138 manat, abadlıq işlərinə 1096 manat, yardımlar edilməsinə 750 manat, sosial müdafiə fonduna 1000 manat, yas mərasimlərinə 883 manat, rabitə xərclərinə 450 manat vəsait xərclənib.
Rüb ərzində bələdiyyə tərəfindən şəhidlər Xiyabanı küçəsində evlərin hasarları suvaq vurulub, hasarlar və bardürlər rənglənib, məişət tullantıları daşınıb.
Hesabatda daha sonra bildirilir ki, Lənkəran bələdiyyəsi şəhər icra hakimiyyətinin təşəbbüsünə qoşularaq təşkil olunan iməciliklərdə bütün aparat işçiləri ilə birgə fəal iştirak edib.
Belediyye.info