“Cari ildə əmlak vergisinin yığımında irəliləyişə nail olmaq üçün bələdiyyənin yanında komissiya yaramışıq. Komissiaynın əsas məqsədi vətəndaşlara məxsus əmlakı inventarlaşdırmaq, onları əmlak veriginə cəlb etmək, o cümlədən bildirişləri vaxtında paylamaqdır”- bunu Belediyye.infoya açıqlamasında Lənkəran bələdiyyəsinin sədri Eldar Hüseynov bildirib.
Onun sözlərinə görə, ötən ilin avqust ayında prezident sərəncamından sonra əmlak verigisinin yığımında ciddi dəyişiklik oldu. Prezidentin bu addımı həm bələdiyyə sistemində şəffaflığın təmin edilməsində, həm də yerli büdcəyə daxil olmalarda xeyli irəliləyişə səbəb olacaqdır.
Sədrin sözlərinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvindən sonra hərrac komissiyalarının yenidən təşkil edilməsi nəticəsində bələdiyyənin büdcə daxilomalarna mənfi təsir edib. Odur ki, bələdiyyəyə müraciət edən vətəndaşlara da konkret cavab verməkdə çətinlik çəkirik.
Qeyd edək ki, cari ilin altı ayı ərzində Lənkəran bələdiyyəsinin altı iclası keçirilib. Altı ay ərzində bələdiyyəyə 56 məktub daxil olub ki, onunda 36-sı idarə və təşkilatlardan, 20 isə vətəndaşlardandır.
Eldar Hüseynov açıqlamasında bələdiyyənin büdcə gəlirlərinə də toxunub. Sədrin sözlərinə görə, altı ay ərzində bələdiyyənin 31718 manat büdcə gəliri olub. Onlardan 7062 manatı əmlak vergisindən, 806 manatı mehmanxana rüsumundan, 2100 manatı reklamlardan, 430 icarədən, 3270 torpaq satışından əldə edilib.
Belediyye.info