sorğu
“Lənkəran bələdiyyəsinin 2018-ci ildə 58336 manat gəliri olub”-bu məlumatı Belediyye.infoya Lənkəran bələdiyyəsinin sədri Eldar Hüseynov verib.
Sədrin sözlərinə görə, əldə edilən gəlirin 21.869 manatı torpaq və əmlak vergisindən, 8.978 manatı özəlləşdirmədən, 6.959 manatı mehmanxanalardan, 100 manatı mədən vergisindən, 430 manatı icarə daxil olub.
il ərzində Lənkəran bələdiyyəsinə dövlət tərəfindən 20 min manat dotasiya ayrılıb.
Lənkəran bələdiyyəsi əldə etidyi maliyyə vəsaitinin 16.625 manatı rayon da aparılan abadlıq-quruculuq işlərinə xərcləyib.
Belediyye.info