Lənkəran bələdiyyəsinin sədri Hüseynov Eldar Sərdar oğlu 11 mart 1941-ci ildə Lənkəran rayonunun Vilvan kəndində anadan olub.
1966-1968-ci il Bakı Texnoloji texnikumu “Dülgər mebel” ixtisası, 1971-1977-ci ildə S.M.Kirov adına Sankt-Peterburq Meşəçilik Akademiyasının “Ağac emalı” fakültəsini bitirib.
1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
əmək fəaliyyətinə Meşə kombinatında başlayıb.
1969-1975-ci il Meşə kombinatında sex ustası, sex müdiri, baş mühəndis, 1975- 1977-ci ilə kimi Meşə kombinatında direktor müavini, 1977-1982-ci il Meşə təsərrrüfatı idarəsində ağac emalı sahə müdiri, 1982-ci il Lənkəran mebel fabrikinin direktoru vəzifəsində çalışıb.
Dörd çağırış bələdiyyə üzvü seçilib.
2000-ci ildən Lənkəran bələdiyyəsi sədrinin I müavini, həmin ildən bu günədək Lənkəran bələdiyyə sədridir.