"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lənkəran rayon sakini Heydər əliyev Fonduna minnətdarlığını bildirir

--2020-04-30 / 05:25

Xəbər verdiyimiz kimi, Heydər əliyev Fondu və “Regional inkişaf” ictimai Birliyinin həyata keçirdiyi “Biz birlikdə güclüyük” sosial aksiyası çərçivəsində istifadəyə verilmiş portala qısa müddət ərzində 200 mindən çox müraciət daxil olmuşdur.

Qeydiyyatdan keçən vətəndaşlara ərzaq yardımı qısa müddət ərzində çatdırılmasına başlanılıb.

Bununla bağlı Belediyye.infoya Lənkəran rayonu şürük kəndindən olan Günay Səfərovadan daxil olan müraciətində bildirilir ki, tək qadınam, öhdəmdə bir azyaşlı uşağım var, https://bizbirlikdegucluyuk.az/saytına daxil olub müraciət etdim:

“Üstündən bir neçə gün keçməmiş kənd poctundan xəbər gəldi ki, gəlib ərzaq yardımınızı götürə bilərsiniz. Getdim və gözümə inanmadım. Yetmiş manatdan artıq ərzaq yardımı göndərilmişdi.

Heydər əliyev Fondu və “Regional inkişaf” ictimai Birliyinin göndərdiyi ərzaq bağlamasını götürdüm.

Bu müraciətimlə mən bir daha Heydər əliyev Fonduna dərin təşəkkürümü bildirir və inanıram ki, Azərbaycan Prezidenti cənab ilham əliyevin apardığı siyasət və həyata keçirdiyi qabaqlayıcı tədbirlər sayəsində Koronovirusa qalib gələcəyik. Bir daha ürəkdən təşəkkürümü bildirirəm.”

Belediyye.info

ŞƏRHLƏR