"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lənkəran regional ədliyyə idarəsi Astarada seminar-müşavirə keçirib

--2017-11-13 / 14:56

Lənkəran regional ədliyyə idarəsinin təşkilatçılığı ilə noyabr ayının 10-da Astara rayonunda bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi məqsədi ilə seminar-müşavirə keçirilib. Bu barədə məlumatı  Lənkəran regional ədliyyə idarəsindən daxil olub.

Bələdiyyə üzv və qulluqçularının iştirakı ilə keçirilən tədbirdə Lənkəran regional ədliyyə idarəsinin böyük məsləhətçisi əvəz Bədəlov ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirmiş, “Bələdiyyə qulluğu, bələdiyyə qulluğuna qəbulun xüsusiyyətləri və bələdiyyə qulluqçularının etik davranış qaydaları”, “insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu” mövzusunda məruzə edib

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Belediyye.info

ŞƏRHLƏR