"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lənkəran regional ədliyyə idarəsi Astarada seminar-müşavirə keçirib

--2018-02-27 / 14:32

Lənkəran regional ədliyyə idarəsinin təşkilatçılığı ilə fevral ayının 27-də Astara rayonunda bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi məqsədi ilə seminar-müşavirə keçirib.Bu barədə məlumatı Lənkəran regional ədliyyə idarəsi yayıb

Bələdiyyə üzv və qulluqçularının iştirakı ilə keçirilən tədbirdə Lənkəran regional ədliyyə idarəsinin böyük məsləhətçisi əvəz Bədəlov ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirmiş, “Nağdsız hesablaşmalar və onların məqsədi”, “Bələdiyyə aktlarının qəbulu və icrası” mövzusunda məruzə etmişdir.

Sonda seminar iştirakçılarının sualları cavablandırılmışdır.

Belediyye.info

ŞƏRHLƏR