"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lənkəran regional ədliyyə idarəsi Astarada seminar-müşavirə keçirmişdir

--2018-08-15 / 12:43

Lənkəran regional ədliyyə idarəsinin təşkilatçılığı ilə avqust ayının 15-də Astara rayonunda bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi məqsədi ilə seminar-müşavirə keçirilmişdir. Bu barədə məlumatı Lənkəran ədliyyə regional ədliyyə idarəsi yayıb.

Bələdiyyə üzv və qulluqçularının iştirakı ilə keçirilən tədbirdə Lənkəran regional ədliyyə idarəsinin böyük məsləhətçisi əvəz Bədəlov ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirmiş, “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı”, “Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması” mövzusunda məruzə etmişdir.

Sonda seminar iştirakçılarının sualları cavablandırılmışdır.

Belediyye.info 

ŞƏRHLƏR