"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lənkəran regional ədliyyə idarəsi Cəlilabadda seminar-müşavirə keçirib

--2017-04-21 / 16:56

Lənkəran regional ədliyyə idarəsinin və Cəlilabad rayon icra hakimiyyətinin təşkilatçılığı ilə aprel ayının 21-də Cəlilabad rayonunda bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi məqsədi ilə seminar-müşavirə keçirilib. Belediyye/infoya bu barədə məlumat Lənkəran regional ədliyyə idarəsindən daxil olub.

Məlumatda bildirilir ki, Cəlilabad rayon icra Hakimiyyəti Başçısı Aparatının nümayəndəsinin, bələdiyyə üzv və qulluqçularının iştirakı ilə keçirilən tədbirdə Lənkəran regional ədliyyə idarəsinin böyük məsləhətçisi əvəz Bədəlov ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirmiş, “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi və bələdiyyə qulluqçularının etik davranış qaydaları”, “şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması”, “Bələdiyyələrdə kargüzarlığın təşkili” mövzusunda məruzə etmişdir.

Sonda seminar iştirakçılarının sualları cavablandırılmışdır.

Belediyye.info

 

 

ŞƏRHLƏR