"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lənkəran regional ədliyyə idarəsi Cəlilabadda seminar-müşavirə keçirib

--2018-04-23 / 06:46

Lənkəran regional ədliyyə idarəsinin təşkilatçılığı ilə aprel ayının 20-də Cəlilabad rayonunda bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi məqsədi ilə seminar-müşavirə keçirilib.

Bələdiyyə üzv və qulluqçularının iştirakı ilə keçirilən tədbirdə Lənkəran regional ədliyyə idarəsinin böyük məsləhətçisi əvəz Bədəlov ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirmiş, “Nağdsız hesablaşmalar və onların məqsədi”, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələr mövzusunda məruzə edib.

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Belediyye.info

ŞƏRHLƏR