Lənkəran regional ədliyyə idarəsinin təşkilatçılığı ilə sentyabr ayının 14-də Cəlilabad rayonunda bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi məqsədi ilə seminar-müşavirə keçirilib.
Bələdiyyə üzv və qulluqçularının iştirakı ilə keçirilən tədbirdə Lənkəran regional ədliyyə idarəsinin böyük məsləhətçisi əvəz Bədəlov ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirmiş, “Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması”, “Bələdiyyə üzvləri və qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması yerli özünüidarənin rolunu gücləndirir” mövzusunda məruzə edilib
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.
Belediyye.info