"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lənkəran Regional ədliyyə idarəsi Cəlilabadda seminar-müşavirə keçirmişdir

--2019-10-27 / 17:12

Lənkəran Regional ədliyyə idarəsinin təşkilatçılığı ilə oktyabr ayının 25-də Cəlilabad rayonunda bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi məqsədi ilə seminar-müşavirə keçirilmişdir.

Bələdiyyə üzv və qulluqçularının iştirakı ilə keçirilən tədbirdə Lənkəran Regional ədliyyə idarəsinin böyük məsləhətçisi əvəz Bədəlov ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirmiş, “Dövlət büdcəsindən subvensiya alınması üçün layihələrin hazırlanması”, “Ailə kəndli təsərrüfatının uçotunun qanunvericiliyə uyğun aparılması və onun əhəmiyyəti” mövzusunda məruzə etmişdir.

Sonda seminar iştirakçılarının sualları cavablandırılmışdır.

Lənkəran Regional ədliyyə idarəsi

 

 

ŞƏRHLƏR