Lənkəran regional ədliyyə idarəsinin təşkilatçılığı ilə may ayının 19-da Lerik rayonunda bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi məqsədi ilə seminar-müşavirə keçirilmişdir.
Bələdiyyə üzv və qulluqçularının iştirakı ilə keçirilən tədbirdə Lənkəran regional ədliyyə idarəsinin böyük məsləhətçisi əvəz Bədəlov ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirmiş, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələr, “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi və bələdiyyə qulluqçularının etik davranış qaydaları”, “şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması” mövzusunda məruzə etmişdir.
Sonda seminar iştirakçılarının sualları cavablandırılmışdır.
Belediyye.info