"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lənkəran regional ədliyyə idarəsi Lerikdə seminar-müşavirə keçirib

--2017-08-13 / 11:10

Lənkəran regional ədliyyə idarəsinin təşkilatçılığı ilə avqust ayının 11-də Lerik rayonunda bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi məqsədi ilə seminar-müşavirə keçirilib. Bu barədə məlumat Lənkəran regional ədliyyə idarəsindən daxil olub.

Bələdiyyə üzv və qulluqçularının iştirakı ilə keçirilən tədbirdə Lənkəran regional ədliyyə idarəsinin baş məsləhətçisi Çingiz Cavadov ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirmiş, “insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun gücləndirilməsi”, “Yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüququ və vəzifələri” mövzusunda məruzə edib.

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Belediyye.info

 

ŞƏRHLƏR