"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lənkəran Regional ədliyyə idarəsi Lerikdə seminar-müşavirə keçirmişdir

--2019-05-24 / 16:30

Lənkəran Regional ədliyyə idarəsinin təşkilatçılığı ilə may ayının 24-də Lerik rayonunda bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi məqsədi ilə seminar-müşavirə keçirilmişdir.

Bələdiyyə üzv və qulluqçularının iştirakı ilə keçirilən tədbirdə Lənkəran Regional ədliyyə idarəsinin baş məsləhətçisi Çingiz Cavadov ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirmiş “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı” mövzusunda məruzə etmişdir.

Sonda seminar iştirakçılarının sualları cavablandırılmışdır.

Lənkəran Regional ədliyyə idarəsinin 

ŞƏRHLƏR