Lənkəran Regional ədliyyə idarəsinin təşkilatçılığı ilə sentyabr ayının 25-də Lerik rayonunda bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi məqsədi ilə seminar-müşavirə keçirilmişdir.
Bələdiyyə üzv və qulluqçularının iştirakı ilə keçirilən tədbirdə Lənkəran Regional ədliyyə idarəsinin baş məsləhətçisi Çingiz Cavadov ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirmiş, “Bələdiyyə və bələdiyyə müəssisələrində arxiv işinin təşkili”, “Yerli büdcənin tərtibi, qəbulu və icrası” mövzusunda məruzə etmişdir.
Sonda seminar iştirakçılarının sualları cavablandırılmışdır.
Lənkəran Regional ədliyyə idarəsi