"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lənkəran regional ədliyyə idarəsi Masallıda seminar-müşavirə keçirib

--2017-04-10 / 12:12

Lənkəran regional ədliyyə idarəsinin və Masallı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Masallı rayonunda bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi məqsədi ilə seminar-müşavirə keçirilib. Bu barədə Belediyye.infoya məlumat Lənkəran regional ədliyyə idarəsindən daxil olub.

Masallı rayon icra Hakimiyyəti Başçısı Aparatının nümayəndəsinin, bələdiyyə üzv və qulluqçularının iştirakı ilə keçirilən tədbirdə Lənkəran regional ədliyyə idarəsinin rəis vəzifəsini icra edən Çingiz Cavadov ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirib.

Tədbirdə “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi və bələdiyyə qulluqçularının etik davranış qaydaları”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi”, “Yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüququ və vəzifələri” mövzusunda məruzələr dinlənilib.

Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Belediyye.info

 

 

ŞƏRHLƏR